"Fənərbaxça" Krasiçi itirdi..

İstanbulun "Fənərbaxça" futbol klubunun serbiyalı forvardı Miloş Krasiç, dünənki "Spartak" qarşılaşmasında zədələnərək sıradan çıxıb. Siasport.az saytı, Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, serbiyalı futbolçu qarşılaşmanın 13-cü dəqiqəsində say ayağından ciddi zədə alaraq meydanı xərəkdə tərke dib. Ən son məlumatlata görə, "Fənərbaxça" serbiyalı forvardın xidmətindən ən azı 15 gün istifadə edə bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə