"Fənərbaxça" azarkeşləri Aykut Kocamanı istefaya səslədilər...

"Fənərbaxça" azarkeşləri Aykut Kocamanı istefaya səslədilər...

İstanbulun "Fənərbaxça" futbol klubunun dünən axşam "Spartak"la qolsuz bərabərliyə qalaraq Çempionlar Liqası ilə vidalaşması, komandada psixoloji gərginliyi artırıb. Siasport.az saytı xəbər verir ki, komandanın idarə heyətinin əksər üzvləri və çox milyonlu "Fənərbaxça" azarkeşləri, öz şəxsi maraqları və prinsiplərinə görə braziliyalı kapitan Aleks de Souzanı heyətdən kənarlaşdıran baş məşqçi Aykut Kocamanı istefaya səsləyiblər. Türkiyə mətbuatı xəbər verir ki, dünənki qarşılaşmadan sonra, azarkeşlər öz twitter səhifələrindən baş məşqçini sərt şəkildə tənqid edərək, onu istefaya səsləyiblər. Bu arada Türkiyənin aparıcı futbol şərhçiləri də A.Kocamanı "top atəşinə" tutaraq, onu öz şəxsi hisslərinin girovuna çevrilməkdə ittiham ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə