İdmançılarımız London Paralimpiya Oyunlarında mübarizəyə başlayırlar

İdmançılarımız London Paralimpiya Oyunlarında mübarizəyə başlayırlar

Bu gün Azərbaycan idmançıları London Paralimpiya Oyunlarında mübarizəyə qoşulacaqlar. Siasport.az saytının məlumatına görə, üzgüçümüz Natali Pronina 400 metr məsafəyə sərbəst üsulla yarışlarda ölkəmizi təmsil edəcək. İdmançımız yarışa Bakı vaxtı ilə saat 14:03-də başlayacaq.
Atıcımız Əkbər Məmmədov 10 metr məsafəyə atəşaçma yarışlarında, Zinyət Vəliyeva isə kamandan oxatma idman növündə qüvvəsini sınayacaq. Atıcılıq yarışları saat 15:45-də, kamandan oxatma turniri isə saat 18:00-da start götürəcək.
"ExCel North" Arenada təşkil olunan yarışda mübarizə aparacaq cüdoçularımız – Ramin İbrahimov (60 kq) və Bayram Mustafayevin (66 kq) ilk rəqibləri müəyyənləşib. R.İbrahimov koreyalı Min-Ca Li ilə, B.Mustafayev isə rusiyalı Viktor Rudenko ilə üz-üzə gələcək. Cüdo yarışları saat 15:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə