Türkiyənin "Dənizlispor" klubuna transfer olunmuş Rail Məlikov problemlə üzləşib. Siasport.az saytının məlumatına görə, "Dənizlispor" klubuna Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən transfer yasağı qoyulub. Buna səbəb isə Dənizli klubunun 2010-2011 mövsümündə Sərdar Elyilikin pulunu ödməməsidir. Lakin "Dənizlispor" sabiq üzvünü razı saldıqdan sonra TFF qərarını dəyişə bilər. Amma problem həll olunmayana qədər TFF Rail və digər 7 yeni oyunçusuna lisenziya verməyəcək.
R.Məlikov isə problemin artıq həll olunduğunu bildirib: "Mənim də bundan xəbərim var. Lakin narahat olmağıma heç bir əsas yoxdur. Artıq problem yoluna qoyulub. Sentyabrın 3-də debüt edəcəyəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB