Xəbər verdiyimiz kimi, dünya çempionatının seçim mərhələsinin oyunları ilə əlaqədar, Premyer Liqada yaranan fasilədən istifadə edən "Simurq" klubu Gürcüstana təlim-məşq toplanışına yollanıb. Siasport.az saytının məlumatına görə, Tiflis şəhərində yerləşən "Kopala" otelində məskunlaşan komanda ilk məşqinə çıxıb.
İki saata yaxın davam edən hazırlıq prosesində Georgi Çixradzenin yetirmələri isinmə hərəkətlərindən sonra qısa ötürmələr üzərində çalışıblar. Daha sonra üç qrupa bölünən futbolçular, iki tərəfli oyun oynayıblar.
Gürcü mütəxəssis Gürcüstanda təşkil olunmuş təlim-məşq toplanışına əvəzedici heyətdən Arzuman Nəsibov, Həsən Qəhramanov, Ruslan Qetmanı da cəlb edib.
Qeyd edək ki, "Simurq" sentyabrın 9-na qədər qonşu ölkədə qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB