Böyükağa Hacıyev APOEL-in baş məşqçisinə: “Arxı tullanmamış, hop deməzlər”

Böyükağa Hacıyev APOEL-in baş məşqçisinə: “Arxı tullanmamış, hop deməzlər”

Cənubi Kiprin Nikosiya şəhərində mətbuat konfransı keçirən "Neftçi"nin baş məşçqisi Böyükağa Hacıyev APOEL-lə cavab qarşılaşması barədə danışıb. Siasport.az saytının məlumatına görə, o, APOEL-i keçəcəklərinə inandığını qeyd edib: "Bakıdakı oyunda bəxtimiz gətirmədi. Hesabda irəli çıxsaq da, kubod səhvdən sonra qol buraxdıq. APOEL güclü komandadır. Rəqibimizin özünəməxsus oyun dəsti-xətti var. Amma onlar unutmamalıdırlar ki, "Neftçi"yə qarşı oynayacaqlar. Biz çox istəyirik ki, tarix yazaraq, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanaq".

O, rəqib baş məşqçisnin "Neftçi"dən sürpriz gözləmirik" sözlərinə də cavab verib: "Azərbaycanda yaxşı bir atalar sözü var: "Arxı tullanmamış, hop deməzlər". Mən Bakıda olanda onun səsini eşitmədim. Əgər o avropasayağı mütəxəssisdisə, rəqib məşqçiyə hörmət etməlidir.

Müdafiədə oturmayacağıq. Mənim işim elədi ki, ya vurum, ya da sən vur. Sabah qapımızın toxunulmazlığını qorumaq şərtilə hücum futbolu oynayacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə