XXX Yay Olimpiya oyunlarının başa çatmasından iki həftə keçəndən sonra London yenidən idmançıları qəbul edib. Xəbər verilir ki, avqustun 29-da Böyük Britaniyada XIV Paralimpiya oyunlarının təntənəli açılışı olub. Londona 166 ölkənin idmançıları gəlib. Bu dəfəki iştirakçı ölkələrin sayı dörd il əvvəlki Pekin Paralimpiadası ilə müqayisədə 20 ölkə çoxdur.
Açılış mərasimində milli komandamızın bayraqdarı ikiqat paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev olub.
Paralimpiya oyunları ilk dəfə - 1948-ci ildə məhz Böyük Britaniyanın Stok-Mandevil şəhərində keçirilib. Tədbir İkinci Dünya müharibəsi veteranlarının əhval-ruhiyyəsini yüksəltmək üçün təşkil edilib.
2012-ci il Paralimpiya oyunlarında Azərbaycanı 21 idmançı - Hüseyn Həsənov, Oleq Panyutin, Vladimir Zayets, Uluxan Musayev, Elçin Muradov, Rza Osmanov, Mədinət Abdullayeva, Samir Nabirov (yüngül atletika), Yelena Taranova, Əkbər Muradov (güllə atıcılığı), Zinyət Vəliyeva (kamandan oxatma), Ramin İbrahimov, Bayram Mustafayev, Rövşən Səfərov, Tofiq Məmmədov, Kərim Sərdarov, İlham Zəkiyev, Afaq Sultanova (cüdo), Natalya Pronina (üzgüçülük), Elşən Hüseynov, Məhərrəm Əliyev (pauerliftinq) təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB