“Fənərbağça” mübarizəni dayandırdı

“Fənərbağça” mübarizəni dayandırdı

Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazana bilməyb. Rusiyanın "Spartak" klubu ilə İstanbulda keçirilən cavab oyunu 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu nəticə ilk oyunda 2:1 hesabı ilə qələbə qazanan "Spartak"ı növbəti mərhələyə çıxarıb.

İstanbuldakı qarşılaşmada hesabı 6-cı dəqiqədə "Spartak" Arinin qolu ilə açıb. 70-ci dəqiqədə isə "Fənərbağça" Mussa Sounun qolu ilə hesabı bərabərləşdirib.

Beləliklə, "Spartak" Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb, "Fənərbağça" isə mübarizə UEFA Avropa Liqasında davam etdirəcək.

Günün digər qarşılaşmaları:

"Dinamo" (Kiyev, Ukrayna) - "Borussiya" ( Münhenqladbax, Almaniya) (İlk oyun - 3:1) - 1:2

"Seltik" (Şotlandiya) - "Helsinqborq" (İsveç) (İlk oyun - 2:0) - 2:0

"Kluj" (Rumıniya) - "Bazel" (İsveçrə) (İlk oyun - 2:1) - 1:0

"Lill" (Fransa) - "Kopenhagen" (Danimarka) (İlk oyun - 0:1) - 2:0 (Əlavə vaxt)

Qollar: Diqne, 43 (1:0), Melo, 105 (2:0)

Bütün xəbərlər Facebook səhifəmizdə