Messi qol vurdu, “Real” Superkuboku qazandı!

Messi qol vurdu, “Real” Superkuboku qazandı!

Madridin "Real" klubu İspaniya Superkubokunu qazandı. Siasport.az idman portalının məlumatına görə, "Barselona" ilə cavab oyunu "Real"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. İki oyunun nəticəsinə görə hesab bərabər olub. Lakin Madrid klubu rəqib meydanında vurulmuş qolların sayına görə üstünlük qazanıb. "Real"ın qollarını Higuan və Ronaldo, "Barselona"nın tək qoluna isə Leonel Messi imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə