"Mançester Yunayted"in bolqar forvardı Dimitar Berbatovun yeni komandasının adı tezliklə məlum olacaq. Siasport.az saytı İngiltərə mətbuatına istinadən xəbər verir ki, bolqar forvard İtaliyanın "Fiorentina" futbol klubuna keçir. "Dumanlı albiom" mətbuatı yazır ki, artıq D.Berbatovun meneceri "Fiorentina" rəhbərliyi ilə prinsipial razılaşma əldə ediblər. Məlumata əsasən, bolqar futbolçunun transferi ilə bağlı sabah rəsmi açıqlama yayılacaq. Xatırladaq ki, D.Berbatov 2008-ci ildə "Mançester Yunayted"ə transfer olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB