"Fənərbaxça" bu axşam "Spartak"la ölüm-dirim savaşına çıxacaq...

"Fənərbaxça" bu axşam "Spartak"la ölüm-dirim savaşına çıxacaq...

Bu axşam UEFA Çempionlar Liqasının pley-off turunda cavab qarşılaşmaları keçiriləcək. Siasport.az saytı xəbər verir ki, İstanbulun "Fənərbaxça" futbol klubu, ilk qarşılaşmada 1:2 hesabı ilə məğlub olduğu "Spartak"la cavab qarşılaşmasına çıxacaq. Bakı vaxtı ilə saat 23:45-də "Şükrü Saracoğlu" stadionunda keçiriləcək qarşılaşma, olduqca prinsipial xarakter daşıyır. Çünki əgər "Fənərbaxça" qrup mərhələsinə vəsiqə qazanmasa, o zaman qrup mərhələsi ilə bağlı qazana biləcəyi gəlir əzəli rəqibi olan "Qalatasaray"a keçəcək. Həm də prezidenti yeni həbsdən çıxan "Fənərbaxça", qrup mərhələsinə vəsiqə qazanarsa, bu onun reytinqi üçün önəmli uğur və Əziz Yıldırıma hədiyyəsi olacaq. İstanbul klubunun futbolçuları da açıqlamalarında bu axşamkı qarşılaşmada qələbə qazanmaq üçün var qüvvələri ilə mübarizə aparacaqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə