"Rəvan" Sallieu Bundunu transferə çıxartdı

"Rəvan" Sallieu Bundunu transferə çıxartdı

"Rəvan" klubunun əsas heyəti 3 həftəlik təlim - məşq proqramı üzrə intensiv məşqlərə başlayıb. Siasport.az saytının məlumatına görə, baş məşqçi B.Həsənov heyətdə ilk dəyişikliyə əl atıb. Belə ki, yeni baş məşqçi syerra leonelı hücümçu Sallieu Bundunun oyunundan və məşqlərdə aktivliyindən narazı olduğunu bildirib. Komanda oyununa uyğunlaşa bilməyən və öz mövqeyində yaxşı təəssürat bağışlamayan Bundu transferə çıxarılıb.

Qeyd edək ki, "Rəvan" komandası məşqlərini və ev oyunlarını "20-ci sahə"də yeni inşa edilmiş meydanda keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə