Azərbaycan Respublikasının Milli Qəhrəmanı, telejurnalist Çingiz Mustafayevin xatirəsinə həsr olunmuş məhəllələrarası mini-futbol turnirinə yekun vurulub. Siasport.az saytının məlumatına görə, Səbail rayonunun Badamdar qəsəbəsində 2000-2001-ci il təvəllüdlü uşaqlar arasında keçirilən turnirdə 12 komanda iştirak edib.
Turnirdə üçüncü yer uğrunda "İçərişəhər" və "Xəzər" komandaları, final oyununda isə "Badamdar" və "Bayıl" komandaları qarşılaşıblar. "İçərişəhər" komandası üçüncü yeri, "Badamdar" komandası isə birinci yeri tutub.
Turnirin bağlanış mərasimində BŞGİBİ-nin sektor müdiri Adil Ağayev və digər rəsmi şəxslər çıxış edərək "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın icra olunmasında bu tipli tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Tədbirin sonunda qalib komandaların üzvləri diplomlar və kubokla təltif olunub, onlara idman geyimləri verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...