Dünya Çempionatının seçmə mərhələsinin oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilədən istifadə edərək "Simurq" klubu Gürcüstana yollanıb. Siasport.az saytının məlumatına görə, Zaqatalada bir araya gələn komanda oradan Tiflis şəhərinə yola düşüb. Sarı-qaralar sentyabrın 9-na qədər qonşu ölkədə təlim-məşq toplanışı keçirəcək. "Kopala" otelindən məskunlaşan Georgi Çixradzenin yetirmələri buradakı təlim-məşq toplanışı çərçivəsində 3 yoxlama görüşündə qüvvəsini sınayacaq. Lakin hələ ki, rəqiblərin kim olacağı məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB