Uzun müddətdir ki, "Fənərbaxça"da davam edən Aykut Kocaman-Aleks de Souza qarşıdurması səngimək bilmir. Siasport.az saytı xəbər verir ki, dünən axşam "Fənərbaxça" prezidenti Əziz Yıdırımın Alekslə görüşündən sonra bir çoxları artıq baş məşqçi ilə kapitan arasındakı gərginliyin aradan qalxdığını düşünsə də, bu baş verməyib. Belə ki, braziliyalı futbolçu yenə bu gün öz twitter səhifəsində "Fənərbaxça" azarkeşlərinin suallarını cavablandırarkən, problemin hələ də üstü açıq qaldığını bəyan edib. Bir "Fənərbaxça" azarkeşinin "kapitan, biz sənin bütün problemlərinin artıq həll olunduğunu düşünürük. Elədir?"-sualına, "Çox istərdim ki elə olsun. Amma təəsüf ki elə deyil. Vəziyyət elə əvvəlki kimidir"deyə cavalandırıb. Türkiyə mətbuatı isə iddia edir ki, braziliyalı futbolçu sabah "Şükrü Saracoğlu" stadionunda keçiriləcək "Spartak"-"Fənərbaxça" oyununda iştirak etməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB