"Qarabağ" 12-13 futbolçu ilə məşqə çıxacaq

"Qarabağ" 12-13 futbolçu ilə məşqə çıxacaq

"Qarabağ" klubu yenidən məşqlərə başlayır. Siasport.az saytı xəbər verir ki, milli oyunlara görə Premyer Liqada yaranmış uzun müddətli fasilə səbəbindən Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov futbolçulara "Rəvan"la son oyunundan sonra 3 günlük istirahət vermişdi. Bu gün istirahəti başa vuran komanda yenidən məşqlərə başlayacaq. Əsas millidə olan futbolçularla yanaşı, Ansi Aqollini Albaniya millisinə göndərən komanda U-21-dəki futbolçuların da xidmətindən məhrumdur. "Qarabağ" 12-13 futbolçu ilə çalışmalarını sürdürəcək.
Bu gün komandanın məşqi saat 19:00-da Suraxanı qəsəbə stadionunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə