"İnter" Zaqatalanın ən yüksək zirvəsinə qalxdı

"İnter" Zaqatalanın ən yüksək zirvəsinə qalxdı

"İnter" Peşəkar İdman Klubunun cüdo bölməsinin idmançıları hazırda Zaqatalada təlim-məşq toplanışı keçirirlər. Siasport.az saytının məlumatına görə, hazırlığını Zaqatala Olimpiya Kompleksində davam etdirən "İnter"in cüdoçuları bu gün sözügedən regionun ən yüksək zirvəsinə qalxıblar.

Qeyd edək ki, avqustun 20-də başlayan toplanış sabah başa çatacaq. Toplanış yeniyetmələr arasında baş tutacaq Bakı və Azərbaycan çempionatlarına hazırlıq xarakteri daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə