Premyer Liqanın I turunun təxirə salınmış "Neftçi" – "Bakı" və IV turunun təxirə salınmış "Xəzər Lənkəran" – "Simurq" oyunları 20 sentyabr 2012-ci il tarixində keçiriləcək. Siasport.az saytının məlumatına görə, bununla əlaqədar olaraq, VI turun "Simurq" – "Kəpəz" oyunu 23 sentyabr tarixindən 24 sentyabr tarixinə keçirilib.
IV turun təxirə salınmış digər qarşılaşması - AZAL – "Neftçi" oyunu isə 23 oktyabr tarixində baş tutacaq. Bununla əlaqədar olaraq, X turun "Simurq" – AZAL oyunu 26 oktyabrdan 27 oktyabr tarixinə, XI turun AZAL – "Bakı" qarşılaşması 30 oktyabrdan 31 oktyabr tarixinə, XII turun "Kəpəz" – "Bakı" qarşılaşması isə 03 noyabrdan 04 noyabr tarixinə keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB