Azərbaycan idmançısı Avropa çempionu oldu və Avropa rekordunu da yenilədi

Azərbaycan idmançısı Avropa çempionu oldu və Avropa rekordunu da yenilədi

Rumıniyanın paytaxtı Buxarestdə ağır atletika üzrə yeniyetmələr arasında 10-cu Avropa birinciliyi keçirilir. Siasport.az saytının məlumatına görə, sentyabrın 1-dək davam edəcək birincilikdə baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında ölkəmizi altı idmançı təmsil edir.
Yarışın ilk günü atletimiz Valeh Baxşalızadə (50 kq) 204 kiloqram (88 kq + 116 kq) nəticə göstərərək Avropa çempionu adını qazanıb. Çempionluqla yanaşı, idmançımız təkanla ştanq qaldırma yarışlarında Avropa rekordunu da yeniləyib.
Səkkiz il əvvəl Norveçin Stavanger şəhərində keçirilən Avropa çempionatında rusiyalı Pavel Suxanov 115 kiloqramlıq ştanqı başı üzərinə qaldıra bilmişdi.
Qeyd edək ki, çempionatda ölkəmizi hakim qismində Oqtay Muxtarov təmsil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə