İstanbulun "Qalatasaray" futbol klubunun iki futbolçusu, koryeralarını bundan sonra İspaniya La Liqasında davam etdirə bilərlər. Siasport.az saytı türkiyə mətbuatına istinadən xəbər verir ki, "Espanyol" klubu, Milan Baroş və Rieyranı heyətinə cəlb etmək üçün İstanbul klubunun qapısını döyüb. Türkiyə mətbuatı xəbər verir ki, artıq İspaniya klubunun menecerləri İstanbuldadırlar və tərəflər arasında danışıqlar aparılır. Mətbuat xəbər verir ki, hər iki futbolçunu "əldən çıxarmağa" çalışan "Qalatasaray" rəhbərliyi, bunun üçün qarşı tərəfə güzəştə getməyə də hazırdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB