Dünən İspaniya La Liqasının 2-ci turu çərçivəsində sonuncu qarşılaşmalar keçirilib. Siasport.az saytı xəbər verir ki, türkiyəli futbolçu Arda Turanın heyətində çıxış etdiyi "Atletiko Madrid" futbol klubu, öz meydanında "Atletik Bilbao"nu qəbul edib. Olduqca sürətli prinsipial keçən qarşılaşmada gülən tərəf ev sahibləri olub. Belə ki, "Atletiko Madrid" rəqibin qapısından 4 cavabsız top keçirib. Qolların üçünə Radamir Falkao, birinə isə Tiyago imza atıb. Bundan başqa, "Valyadolid" "Levante"ni 2:0 hesabı ilə məğlub edib.
"Valyadolid" - "Levante" - 2:0
Qollar: Perez, 38-pen (1:0), 48-pen (2:0)
"Atletiko" (Madrid) - "Atletik" (Bilbao) - 4:0
Qollar: Falkao, 20 (1:0), 43 (2:0), 58-pen (3:0), Tiaqo, 84 (4:0)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB