"Sumqayıt" 2 futbolçu transfer etdi

"Sumqayıt" 2 futbolçu transfer etdi

"Sumqayıt" klubu növbəti transferlərini reallaşdırıb. Siasport.az saytının məlumatına görə, karyerası ərzində MOİK (16 oyun), "Kəpəz" (23 oyun), "Gəncə" (15 oyun), "Xəzər" (7 oyun, 1 qol), "Turan" (7 oyun), "Olimpik" (23 oyun, 1 qol) və "İnter"in (93 oyun, 5 qol) şərəfini qorumuş Xəyal Mustafayev klubla birillik müqavilə imzalayıb.

"Qarabağ", "Gənclərbirliyi", son olaraq isə "Simurq"da forma geyinmiş Elçin Xəlilov isə "Sumqayıt"la ikiillik müqaviləyə imza atıb.

Bütün xəbərlər Facebook səhifəmizdə