Yığmamız Almaniya millisinə məğlub olub

Yığmamız Almaniya millisinə məğlub olub

Basketbol üzrə Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 4-cü oyununu keçirib. Siasport.az saytının məlumatına görə, "Sərhədçi" Olimpiya İdman Mərkəzində millimiz Almaniya yığmasını qəbul edib. Qarşılıqlı hücumlar şəraitində keçən oyunda Almaniya basketbolçuları 85:68 hesabı ilə qalib gəliblər.
Xatırladaq ki, Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində ilk matçını səfərdə Lüksemburqa qarşı keçirib və qələbə qazanıb - 101:78. Sonra Bakıda Bolqarıstana da qalib gələn (88:73) millimiz səfərdə İsveçə məğlub olub - 79:96.

Bütün xəbərlər Facebook səhifəmizdə