"İnter"ə məğlub olduqları oyundan sonra "Turan" klubunun baş məşqçisi Əsgər Abdullayev komandadan göndəriləcək oyunçuların olacağını demişdi. Siasport.az saytının məlumatına görə, baş məşqçi artıq təmizləmə işinə start verib.
Belə ki, Abdullayev 5 futbolçunu heyətdən kənarlaşdırıb. Maraqlı məqam ondan ibarətdir ki, baş məşqçi çox sevimli oyunçusu olan Aleksandr Qoqeberişvilini qovub. Saşa komandaya cəmi 1 həftə öncə gəlmişdi. Lakin onun budəfəki Azərbaycan sərgüzəşti uzun çəkmədi. Aleksandr bundan öncə Abdullayevin rəhbərliyi altında "Bakı" və "Olimpik"də çıxış edib.
Onunla yanaşı, gürcüstanlı Qoqi Pipia və Levan Çxetiani, eləcə də Bayram Kərimovla Hüseyn İsgəndərova qapı göstərilib. Hər 4 oyunçu zəif çıxış etməkdə günahlandırılırlar.
futbol11.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB