"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Bəxtiyar Soltanovun xidmətindən imtina etmələrinin səbəbindən danışıb. Siasport.az saytının məlumatına görə, baş məşqçi onun yaxşı futbolçu olduğunu qeyd edib: "Bəxtiyar Soltanov yaxşı oğlandır, yaxşı futbolçudur. Ondan ötən il heç də az istifadə etmədik. Lakin sonradan gənclərin oynaması lazım bilindi. Belə olan halda, biz kimisə qurban verməliyik". O, bir neçə oyunda onsəkkizliyə düşmədi. Biz bir nəfər 21 yaşlı futbolçu əsas heyətə buraxmalı, ikisini isə ehtiyatda saxlamalıyıq. Belə olan halda, 2 nəfər mütləq kənarda qalmalıdır. Bəxtiyar bəlkə sistem dəyişsə, bizə lazım olar. İndi isə onun oynaya biləcəyi yerə getməsi lazımdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB