"Fənərbaxça"-"Spartak" oyununu alman hakim idarə edəcək

"Fənərbaxça"-"Spartak" oyununu alman hakim idarə edəcək

Avqustun 29-da UEFA Çempionlar Liqasının pley-off turunun cavab qarşılaşması çərçivəsində keçiriləcək "Spartak"-"Fənərbaxça" oyununu alman hakimlər briqadası idarə edəcək. Siasport.az saytı UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Şükrü Saracoğlu" stadionunda keçiriləcək bu prinsipial qarşılaşmanı Felix Brych idarə edəcək. Ona həmvətənləri Mark Bors və Stefan Lupp kömək edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə