"Onun sözləri oyunçulara əlavə motivasiya verdi"

"Onun sözləri oyunçulara əlavə motivasiya verdi"

"İnter"in müdafiəçisi Brüs Abdullaye Premyer Liqanın 4-cü turu çərçivəisndə "Turan" klubuna qarşı keçirilən matç haqqında danışıb. Siasport.az saytının məlumatına görə, o, baş məşqçi Kaxaber Tsxadadzenin futbolçulara əlavə motivasiya verməsindən söz açıb: "Bizə qələbə lazım idi. Bu barədə oyundan əvvəl baş məşqçimiz Kaxaber Tsxadadze da danışmışdı. Çempionatdakı uğursuz startdan sonra məşqçi bizimlə söhbətdə bildirdi ki, biz yaxşı komandayıq və bunu meydanda sübut etməliyik. Onun sözləri oyunçulara əlavə motivasiya verdi və vacib üç xalı əldə etdik. Etiraf edim ki, bu meydançada oynamaq çox çətin idi. Rəqib də bizə çox problem yaratdı, amma əsas odur ki, komandamız arzuolunan nəticəni əldə edə bildi".

Bütün xəbərlər Facebook səhifəmizdə