Dünən axşam keçirilən "Beşiktaş"-"Qalatasaray" derbisi, həm də ev sahibi komandanın azarkeşləri tərəfindən "Qalatasaray" klubunun məşqçilər korpusuna və fəxri tibunada oyunu izləyən rəhbərliyinə qarşı hörmətsiz hərəkətlərlə yadda qalıb. Siasport.az saytı xəbər verir ki, "Beşiktaş" azarkeşləri hesabın 3:3 olmasından sonra, əsasən "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin ünvanına nalayiq söyüşlər səsləndirməyə başlayıblar. "İmperator"un köməkçisi Hasan Şaşın bu prosesə müdaxiləsi isə onunla nəticələnib ki, "Beşiktaş" azarkeşləri onun üzərinə kənar əşyalar atmağa və onu daha ağır söyüşlərlə təhqir etməyə başlayıblar. Yalnız təhlükəsizlik qüvvələrinin səyi ilə tərəflər arasındakı gərginlik aradan qaldırılıb. Xatırladaq ki, dünənki qarşılaşmanı izləməyə gələn "Qalatasaray" rəhbərliyi "Beşiktaş" rəhbərliyi tərəfindən qarşılanmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB