“Lokomotiv” Bolqarıstana yola düşəcək

“Lokomotiv” Bolqarıstana yola düşəcək

Bakının qadınlardan ibarət "Lokomotiv" voleybol komandası avqustun 27-də Bolqarıstana yola düşəcək. Siasport.az saytının məlumatına görə, təlim-məşq toplanışı keçəcək "Lokomotiv" Varna şəhərində təşkil olunacaq beynəlxalq turnirdə də iştirak edəcək.
Qeyd edək ki, Çellenc Kubokunun qalibi "Lokomotiv" yeni mövsümdə Çempionlar Liqası yarışlarında debüt edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə