Adamiya 4-cü klubunda da qol vurdu

Adamiya 4-cü klubunda da qol vurdu

Gürcüstanlı futbolçu Georgi Adamiya Bakının "İnter" klubunun heyətində Premyer Liqada ilk qolunu vurub. Siasport.az saytının məlumatına görə, bununla da yarımmüdafiəçi Azərbaycan Premyer Liqasında heyətində qol vurduğu klubların sayını 4-ə çatdırıb.

IV turun "Turan"la səfər oyununa kimi Adamiya "Neftçi", "Bakı" və "Qarabağ" üçün də qollar vurmuşdu. 2005-ci ilin fevralında Azərbaycan çempionatında debüt edən Georgi ölkəmizdə 4 və daha çox komanda ilə qol sevinci yaşayan 5-ci legioner oldu.

Ona qədər milliləşənlər də nəzərə alınmaqla yalnız 4 futbolçu ən azı 4 komandada buna nail olmuşdu. 61-ci qolunu vuran Adamiya 3 futbolçuya çatsa da, Anatoli Doroşa məxsus mütləq rekordu yeniləyə biləməyib. Adamiyadan təxminən 2 dəfə az – 32 qol vuran Anatoli buna 5 komandanın heyətində nail olub.

Bütün xəbərlər Facebook səhifəmizdə