Bernhard Raab: "Asan qollar buraxdıq"

Bernhard Raab: "Asan qollar buraxdıq"

Premyer Liqanın IV turunun son oyun günündə "Sumqayıt"ı qəbul edən "Qəbələ" inamlı qələbə qazanıb - 4:1. Siasport.az saytı hər iki komandanın oyun barədə fikrilərini nəzərinizə çatdırır:

Bernhard Raab, "Sumqayıt" klubunun baş məşqçisi: "Qarabağ"a məğlubiyyətdən sonra bu oyuna yaxşı hazırlaşmışdıq. İlk 30 dəqiqə yaxşı oynasaq da, çox asan qollar buraxdıq".

Fatih Kavlak, "Qəbələ" klubunun baş məşqçisi: "Yaxşı oyun keçdi. Bizim hədəfimiz yuxarı pillələrdə yer almaqdır. Heyətimiz də güclüdür. Ümid edirəm ki, hər şey yaxşı olacaq. "Sumqayıt"a da uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə