Lassana Diarra "Fənərbaxça"ya keçmək üçün şərtini açıqladı

Lassana Diarra "Fənərbaxça"ya keçmək üçün şərtini açıqladı

"Real Madrid"in ulduz futbolçusu Lassana Diarra, İstanbulun "Fənərbaxça" futbol klubuna transfer olmaq üçün yeganə şərtini irəli sürüb. Siasport.az saytı "Milliyet"ə istinadən xəbər verir ki, ulduz futbolçu İstanbul klubuna keçməsi üçün tək şərt kimi, "Fənərbaxça"nın UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmasını göstərib. Əgər "sarı lacivərtlilər" Moskva "Spartak"ını mübarizədən kənarlaşdırsalar, o zaman bizim ulduz futbolçunu "Fənərbaxça"nın heyətində görməyimiz mümkün olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə