"Espanyol" Milan Baroşu transfer etmək istəyir

"Espanyol" Milan Baroşu transfer etmək istəyir

İstanbulun "Beşiktaş" futbol klubundan Simao Sambrozanı heyətinə qatan "Espanyol" klubu, indi də Türkiyənin başqa bir klubundan futbolçu transfer etməyi planlaşdırır. Siasport.az saytı Türkiyənin nüfuzlu "Milliyet" qəzetinə istinadən xəbər verir ki, "Espanyol", indi də "Qalatasaray"ın çexiyalı forvardı Milan Baroş üçün İstanbul klubunun "qapısını döyüb". Onsuz da baş məşqçi Fatih Terimin heyətdə görmək istəmədiyi çexiyalı futbolçunu əldən çıxarmaq üçün fürsət axtaran "Qalatasaray" rəhbərliyi, bunun üçün indi M.Baroşun özünü də razı salmalıdır. Çünki "Qalatasaray"dan illik 2,5 milyon avro qazanan futbolçunun "Espanyol"dan ona təklif olunacaq az məvacibə razılaşacağı ciddi görünmür.

Bütün xəbərlər Facebook səhifəmizdə