"Xəzər Lənkəran" Dmitrios Sialmas və Vanderson Skarduelli ilə rəsmən müqavilə bağladı

"Xəzər Lənkəran" Dmitrios Sialmas və Vanderson Skarduelli ilə rəsmən müqavilə bağladı

"Xəzər Lənkəran" klubu heyətinə iki yeni əcnəbi futbolçu qatıb. Siasport.az saytının məlumatına görə, bunlarunan forvard Dmitrios Sialmas və əslən braziliyalı olan İtaliya vətəndaşı Vanderson Skarduellidir. Hər iki legionerlə klubun ofisində birillik muqavilə imzalanıb.

Sialmas "Xəzər Lənkərana" Yunanıstanın AEK klubundan keçib. Futbolçu bu klubda həyatında ilk dəfə olaraq legioner həyatı yaşayacaq. Bundan əvvəl o, yalnız Yunanıstan klublarında oynayıb: 2005-2006 və 2008-2009-cu illərdə "Etnikos"da, 2006-2008-cı illərdə "Panionios"də, 2009-2011-ci illərdə "PAS Giannina"da. AEK-də isə Sialmas ötən ildən şıxış edib.

27 yaşlı Vanderson Skarduelli də "Xəzər Lənkəran"a Yunanıstan çempionatından gəlib. Sol cinah müdafiəçisi mövqeyində çıxış edən Skarduelli adı çəkilən ölkənin çempionatında vaxtilə Sialmasın da oynadığı "PAS Giannina" klubunun formasını geyib. O, bu klubun şərəfini son üç mövsüm qoruyub, son mövsümdə isə hətta komandanın kapitanı olub.

Bundan əvvəl isə Vanderson 2004-2007 illərdə Braziliyanın "Korintians", "İtuano", "San Bento" və "Kampo Qrande" klublarında oynayıb. 2007-2009-cu illərdə o, İtaliyanın "Siena", "Martina" və "Treviso" klublarının şərəfini qoruyub.

Bütün xəbərlər Facebook səhifəmizdə