Qurban Qurbanov: "Futbolçuların ustalığı çatmadı"

"Rəqibimiz bu gün çox yaxşı oynadı. Daha çox mərkəzdə mübarizə apardılar. Məşqçi işi hiss olunurdu". Siasport.az saytının məlumatına görə, bu sözləri Premyer Liqanın IV turunun ilk oyun günündə keçiriən "Qarabağ" - "Rəvan" matçından sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib. Mütəxəssis istədikləri oyunu göstərə bilmədiklərini bildirib: "Qol epizodlarımız oldu. Lakin son zərbəni endirməyə futbolçuların ustalığı çatmadı. "Rəvan" sübut etdi ki, "Xəzər Lənkəran"dan bir xalı təsadüfən qazanmayıb. İstədiyimiz oyunu göstərə bilmirik. Problemin səbəbini bilirəm və bunu aradan qaldırmağa çalışacağıq. Qarşılaşmanın sonlarında temp bir qədər aşağı düşdü. Xallarımıza birini də əlavə etdik. "Rəvan"a uğurlar arzulayıram".

Bütün xəbərlər Facebook səhifəmizdə