Cavad Gülər: "Transfer etməliyik"

Cavad Gülər: "Transfer etməliyik"

Premyer Liqanın IV turunun ilk oyun günündə keçiriən "Qarabağ" - "Rəvan" matçından sonra qonaq komandanın baş məşqçisi Cavad Gülər fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, komandasının mübarizəsindən razı olduğunu qeyd edib: "Yaxşı mübarizə oldu. "Qarabağ" neçə mövsümdü heyətini qoruya bilib. Ötən tur böyük hesabla qələbə qazanmışdılar. Yaxşı oyun göstərən komandadır. 4 oyundan sonra hesabımızda 3 xal var. Bu yaxşı deyil. İrəlidə 20 gün vaxtımız var. Transfer etməliyik. Kollektiv oyunumuzu gücləndirəcəyik. 4 turda komandamın mübarizəsindən razıyam, ancaq topladığımız xallardan narazıyam. Bizim hədəfimiz ilk altılıqda yer almaqdır. Çalışacağıq bu hədəfimizə çataq".

Bütün xəbərlər Facebook səhifəmizdə