"İnter" Tovuza getdi

Sabah Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində "İnter" səfərdə Tovuzun "Turan" klubu ilə qarşılaşacaq. Siasport.az saytının məlumatına görə, bu gün səhər saatlarında "İnter" təyyarəylə Gəncəyə gedib, daha sonra isə avtobusla Tovuza yola düşüb. Komanda "Ayan Palas" otelində məskunlaşıb. Bir neçə saatdan sonra Kaxaber Tsxadadzenin yetirmələri oyunöncəsi məşqə çıxacaqlar.

Xatırladaq ki, "Turan" - "İnter" görüşü sabah saat 18.00-da başlayacaq. Görüşün baş hakimi Rəhim Həsənov olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə