Premyer Liqanın IV turunda "Qəbələ"nin rəqibi "Sumqayıt" olacaq. Siasport.az saytının məlumatına görə, güclülər dəstəsində ötən mövsüm debüt edən "Gənclik şəhəri" təmsilçisi ilk dəfə "Qəbələ"nin qarşısına indiki adı altında çıxacaq. Belə ki, ötən mövsümün gedişində adını dəyişən komanda "Qəbələ" ilə qarşılaşdığı vaxt hələ "Sumqayıt Şəhər" adlanırdı.
Bu komanda ilə artıq 2 dəfə görüşən "Qəbələ" rəqibinə xal verməyib. Hər 2 matçda rəqibindən üstün olan komanda səfərdə 2:1, evdə isə 3:1 hesabı ilə qalib gəlib. Göründüyü kimi, bu matçlarda tərəflərdən heç biri qapısını toxunulmaz saxlaya bilməyib. "Sumqayıt" hər dəfə 1 qolla kifayətlənibsə, daha məhsuldar olan "Qəbələ" qələbələri sıralayıb.
Maraqlıdır ki, hər 2 matçın ilk hissəsində 2 qol vurulub. Əvvəlki qarşılaşmada fasiləyədək görüşün taleyini həll edən komanda yalnız oyunun sonlarında qol buraxıb. Ev oyununda isə hesabı açan "Qəbələ" fasiləyədək bərabərliyi təmin edən qonaqların müqavimətini 2-ci yarıda 2 qolla qırıb.
Bu oyunların qəhrəmanı isə Luiz Hilario olub. Hər 2 oyunda fərqlənən legioner Sumqayıtda hesabı açmaqla qələbədə pay sahibi olub. 2-ci dövrədə isə hesab 1:1 olarkən səhnəyə çıxan braziliyalı "Qəbələ"ni önə çıxarıb. Rəqib qapısına digər 3 qolu isə Daniel Lopes Kruz, Serj Cehua və Viktor Mendi vurub.
2011/12 14.08.2011 Premyer Liqa Sumqayıt Şəhər - Qəbələ 1:2
2011/12 04.12.2011 Premyer Liqa Qəbələ - Sumqayıt Şəhər 3:1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB