Rusiya klubu Engin Baytar üçün "Qalatasaray"a super təklif göndərdi
İstanbulun "Qalatasaray" futbol klubu, qalmaqallı futbolçunu satmağı planlaşdırır. Siasport.az saytı xəbər verir ki, Super Kubok qarşılaşmasında hakim Cüneyt Şakırın yaxasından yapışaraq ona təzyiq göstərən Engin Baytar, bundan sonrakı futbol həyatını Rusiyanın "Krasnodar" klubunda davam etdirə bilər. Siasport.az saytı xəbər verir ki, futbolçuya təklif göndərən rus klubu, "Qalatasaray"da illik 600 min manat məvacib alan E.Baytara transfer haqqı ilə birlikdə 4,5 milyon avroluq təklif göndərib. Türkiyə mətbuatı xəbər verir ki, istanbul klubunun rəhbərliyi qalmaqallı futbolçudan canını qurtarmaq və əla gəlir əldə etmək üçün bu təklifə müsbət yanaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB