Bir neçə gündür ki, İstanbulun "Fənərbaxça" futbol klubunda baş məşqçi Aykut Kocaman ilə komandanın braziliyalı kapitanı Aleks de Souza arasında gərginlik yaşanır. Siasport.az saytı xəbər verir ki, baş məşqçinin braziliyalı forvardı "Spartak"la qarşılaşmada meydana buraxmaması, kapitanı hiddətləndirib. Qarşılaşmadan sonra öz şəxsi twitter səhifəsində baş məşqçinin onun uğurlarına paxıllıq etdiyi barədə açıqlama verən A.Souza, klub rəhbrəliyi tərəfindən cəzalandırılıb. Türkiyənin "Spor3.com" idman saytı yazır ki, baş verənlərdən narahat olan "Fənərbaxça" rəhbərliyi, baş məşqçi ilə kapitanı barışdıraraq bu hadisənin bir daha təkrarlanmamasını israrla tələb ediblər. Məlumata görə baş məşqçidən üzr istəyən kapitan, bir daha belə halların baş verməyəcəyinə söz verib. "Fənərbaxça" azarkeşləri də "Spartak"la keçiriləcək cavab qarşılaşmasında A.Kocamanı və Aleksi tribunalara çağıraraq alqışlamağı planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB