"Barselona" yenə "Real"ı "bağladı"...

"Barselona" yenə "Real"ı "bağladı"...

Dünən gücə "Barselona", yenə əzəli rəqibinə aman vermədi. Siasport.az saytı xəbər verir ki, "Nou Kamp"da İspaniya Superkuboku çərçivəsində qarşı-qarşıya gələn iki əzəli rəqibin mübarizəsində gülən tərəf, "Barselona" oldu. La Liqanın qalibi "Real" və "kral kuboku"nun sahibi "Barselona"nın dueli bütün dünyada böyük maraqla gözlənilirdi. Fasiləyə qolsuz yollanan komandaların duelində hesab ikinci hissədə açılıb. İlk qol "Real"dan gəlsə də, Madrid təmsilçisinin sevinci uzun sürməyib. Görüş isə 3:2 hesabı ilə "Barselona"nın xeyrinə başa çatıb. Qeyd edək ki, bu komandalar arasında cavab görüşü 6 gün sonra - avqustun 29-da Madriddə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə