"Neftçi" - APOEL oyunundan sonra təmsilçimizin baş məşçisi Böyükağa Hacıyev fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, baş məşqçi baxımlı oyun olduğunu bildirib: "Gözəl oyun oldu. "Neftçi" öz gücünü ortaya qoydu. Amma bu, qazanmaq üçün kifayət etmədi. Oyunun sonlarında qol vursaq da, təəssüf ki, kobud səhvdən sonra hesab bərabərləşdi. Kimin səhv etdiyini soruşmayın. Çünki biz bunu klubdaxili iclasda müzakirə edəcəyik. Görünür qismətimizdə qələbə qazanmaq yox imiş. Matçın baş hakimi haqqında da bir neçə kəlmə demək istəyirəm. O, bəzi epizodlarda "Neftçi"nin əleyhinə qərarlar verirdi. Mən onu başa düşmədim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB