Vəli Qasımov: "Oyundan oyuna inkişaf hiss olunur"

Vəli Qasımov: "Oyundan oyuna inkişaf hiss olunur"

19 yaşadək futbolçulardan ibarət Moldova və Azərbaycan yığmaları arasında keçirilmiş yoldaşlıq oyunundan sonra yığmamızın baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib. Siasport.az saytının məlumatına görə, o, komandasının oyunundan razı qalıb: "Ötən oyunda oldugu kimi, bu gün də yaxşı oynadıq. Sevindirici məqam ondan ibarətdir ki, bu gün yaratdığımız çoxsaylı qol imkanlarının üçündən yararlana bildik. Heyətdə yeni oyunçular var. Bununla belə oyundan oyuna inkişaf hiss olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə