Millimizin rəqibinin heyəti açıqlanıb

Millimizin rəqibinin heyəti açıqlanıb

Qadın voleybolçulardan ibarət Finlandiya millisinin heyəti açıqlanıb. Siasport.az saytının məlumatına görə, Avropa çempionatının II təsnifat mərhələsində Azərbaycan yığmasının rəqibi düşərgəyə 19 oyunçu çağırıb. Finlandiya millisinin heyətində Hillaelina Hamalaynen, Heydi Horelli, Kaysa Yokinen, Merya Kornonen, Nura Kosenen, Korelina Killönen, Katya Kilmaaho, Rusa Laakkonen, Anni Makinen, Yohanna Pekkarinen, Cenni Petajajarvi, Laura Pihlayamaki, Yeva Puukka, Yelina Salomaki, Tiiamari Sievanen, Saara Tikka, Nette Tuominen, Paulina Volponen və Evelina Vilponen yer alıb.
Qeyd edək ki, qrupumuzda Finlandiya ilə yanaşı, Avstriya və Belarus yığmaları da yer alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə