UEFA-dan Azərbaycan və Türkiyəyə hörmətsizlik!!! İKİLİ STANDART

UEFA-dan Azərbaycan və Türkiyəyə hörmətsizlik!!! İKİLİ STANDART

Bu gün keçiriləcək Avropa Liqasının pley-off mərhələsinin "Neftçi" - APOEL matçını Cəbrayılın və Füzulinin işğalının ildönümü ilə əlaqədar olaraq 1 dəqiqəlik sükutla başlamaq və oyuna qara sarğı ilə çıxmaq üçün "Neftçi"nin UEFA-ya göndərdiyi məktuba cavab gəlib. Siasport.az saytının məlumatına görə, UEFA Flaqmana "yox" cavabı verib.

"Neftçi"nin İnformasiya və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə məsələ ilə bağlı açıqlama verib: "Təəssüf ki, UEFA istəyimizə müsbət cavab vermədi və bildirdilər ki, 1 dəqiqəlik sükut, eləcə də meydançaya qara sarğı ilə çıxmaq mümkün olmayacaq. Ancaq buna baxmayaraq, "Neftçi" klubu olaraq, qarşılaşmanın məsuliyyətini yaxşı anlayırıq, oyuna yüksək səviyyədə köklənmişik. Qələbə qazanmaqla bu qələbəni tək Cəbrayıl və Füzulidə deyil, bütün Qarabağda şəhid olan həmvətənlərimizin ruhuna həsr etmək istəyirik".

Xatırladaq ki, Əfqanstanda dünyasını dəyişmiş bir əsgər üçün İtaliyaya "qara sarğı" icazəsi verən UEFA "Spartak" - "Fənərbaxça" matçında Antepdə baş verən terrorda dünyasını dəyişənlərlə əlaqədar Türkiyə komandasına da bu icazəni vermədi.

Bütün xəbərlər Facebook səhifəmizdə