“Sumqayıt”ın qolu qırılan futbolçusu məşqlərə başlayacaq

Avqustun 26-da səfərdə "Qəbələ"nin qonağı olacaq "Sumqayıt" klubu hazırlığını Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda davam etdirir. Siasport.az saytının məlumatına görə, komanda səhər məşqində daha çox fiziki və taktiki hazırlıq üzərində çalışıb. Ötən həftə qolu qırılan Emin Cəfərquliyevin gələn həftədən etibarən məşqlərə başlayacağı bildirilir. "Qarabağ"la görüşdə zədələnən Erdal Çelik isə fərdi məşqlərlə kifayətlənib.

"Sumqayıt" axşam saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda növbəti məşqinə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə