AFFA cərimə və cəzaları açıqladı

AFFA cərimə və cəzaları açıqladı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

19 avqust 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasının III turunun "İnter" – "Xəzər Lənkəran" matçı başa çatdıqdan sonra "İnter" klubunun 18 №-li futbolçusu İlia Kandelaki, 28 №-li futbolçusu Baçana Tsxadadze və "Xəzər Lənkəran" klubunun 2 №-li futbolçusu Elnur Allahverdiyev aqressiv hərəkətə görə 2 oyunluq cəzalanır, "İnter" klub 4000 manat, "Xəzər Lənkəran" klubu 2000 manat cərimə olunur (maddə 38.1).

Oyun başa çatdıqdan sonra meydançada təhlükəsizlik təmin olunmadığı üçün meydan sahibi klub 3000 manat cərimə olunur(maddə 49).

Hər iki klubunun futbolçuları tərəfindən analoji hadisənin baş verəcəyi təqdirdə klublara qarşı daha ciddi sanksiyalar tətbiq ediləcəkdir.

19 avqust 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasının III turunun "Sumqayıt" – "Qarabağ" matçında "Sumqayıt" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 20-ci dəqiqəsində "Sumqayıt" klubunun 3 №-li futbolçusu Aftandil Hacıyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Matçın 44-cü dəqiqəsində "Qarabağ" klubunun 2 №-li futbolçusu Qara Qarayev əllə oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

17 avqust 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin III turunun "Rəvan" – "Bakı" matçının 75-ci dəqiqəsində "Bakı" klubunun 14 №-li futbolçusu Azad Kərimov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Oyunun 20-ci dəqiqəsində "Bakı" klubunun 11 №-li futbolçusu Tural Qürbətovla "Rəvan" klubunun 21 №-li futbolçusu Orxan Orucov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldıqları üçün hər iki futbolçu 2 oyunluq cəzalanır, klublar 1000 manat cərimə olunur (maddə 37.1).

Oyun başa çatdıqdan sonra "Rəvan" klubunun baş məşqçisi Elşad Quliyev hakimləri təhqir etdiyi üçün baş məşqçi 5 oyunluq cəzalanır, klub 2500 manat cərimə olunur (maddə 42.4).

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com