"Qarabağ" klubu Premyer Liqanın IV turunda qarşılaşacağı "Rəvan"la oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytının məlumatına görə, "Sumqayıt" üzərində 6:1 hesablı qələbədən sonra baş məşqçi Qurban Qurbanov komandaya 1 günlük bayram istirahəti vermişdi. Artıq hazırlıqlara start verən Ağdam təmsilçisi gündə 1 dəfə məşqlərini Suraxanı stadionunda keçir. Sonuncu oyunda qırmızı vərəqə alan Qara Qarayev "Rəvan"la oyunu buraxacaq.
Qeyd edək ki, "Qarabağ" - "Rəvan" oyunu avqustun 24-də, saat 20:00-da Mərdəkanda - "Dalğa-Arena"da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB