Çempionlar Liqasının play-off mərhələsinin "Spartak" - "Fənərbaxça" (2:1) matçında rusiyalı tərəfdarlar rəqibə qarşı tərbiyəsiz hərəkətlərə yol veriblər. Siasport.az saytının məlumatına görə, moskvalılar oyun zamanı üzərində məscid və Atatürkün rəsmi olan plakat-banneri və Türkiyə bayrağını yandırıblar.
Bununla yanaşı, ilk 45-dən sonra tribunalarda çoxlu sayda məşəllərin və bu tipli materialların yandırılması matçın gedişatına mane olub.
Xatırladaq ki, 2 il öncə Çempionlar Liqasında MSK "Zilina" ilə oyunda Moskva "Spartak"ı eyni səbəbdən 75 min avro cəzalandırılmışdı. Daha sonra isə UEFA 2 il müddətində bu hərəkətləri təkrar etməməsi şərti ilə cəzanı ertələmişdi.
Rusiya mediası 2 il tamam olmamış yol verilmiş bu hərkətlərdən sonra UEFA-nın əvvəlki cəzanı da nəzərə alaraq, "Spartak"ı Çempionlar Liqasından dislifikasiya edə biləcəyini iddia edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB