Dünən UEFA Çempionlar Liqasının pley-off mərhələsində səfərdə "Spartak"a 1:2 hesabı ilə məğlub olan "Fənərbaxça" cəbhəsində gərginlik yaşanır. Siasport.az saytı xəbər verir ki, baş məşqçi Aykut Kocamanın komandanın kapitanı Aleks de Souzanı ehtiyat skamyada saxlaması, braziliyalını hiddətləndirib. Öz şəxsi Twitter səhifəsindən "Fənərbaxça" azarkeşlərinin suallarını cavablandıran A.D.Souze, baş məşqçi Aykut Kocamanı "topa tutub". O bildirib ki, son vaxtlar baş məşqçinin onu qısqanclıqla münasibət bəslədiyini hiss edir: "Mən heç cürə başa düşə bilmədim ki, "Spartak"la vacib qarşılaşmada niyə mən ehtiyatda qaldım?.
Bunu hələ də başa düşə bilmirəm. Ümumiyyətlə özümə qarşı son vaxtlar ciddi qısqanclıq hiss edirəm. Bu məni çox narahat edir"-deyə braziliyalı fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB